Təmir məktəbi

Biz hər bir işimizə sevgiylə yanaşırıq.
Təminat 100 %
Dizayn layihə
Peşəkar usta işi
Müəllif nəzarəti
Material təchizatı
Zəmanət

Biz söz vermirik – Biz zəmanət veririk!

“ADDA project” şirkəti beynəlxalq standartlara ciddi şəkildə riayət edərək, Bakı şəhərində və bütün regionda mənzillərin dizayn və təmir işlərini həyata keçirir.

Şirkət hər bir müştəriyə fərdi yanaşır, sərfəli qiymət təklif edir, bütün görülən işlərə yazılı zəmanət verir.

Nə üçün biz

Münasib qiymət

Peşəkar usta işi

Qrafik üzrə işləmə bacarığı

Keyfiyyətə zəmanət

Sizinlə danışan bir məkana sahib olmaq istəyərdiniz?

Biz təklif edirik – Siz seçin

Təmirin kateqoriyası tətbiq edilən tikinti materialları (keyfiyyət və dəyər) və bəzək işlərinin növündən asılıdır.

Kosmetik təmir
Əsaslı təmir
“Avro” təmir

Biz necə edirik ?

1 Mərhələ
  1. Obyektdə işçi mühitin yaradılması
  2. Tələb olunan divar və arakəsmələrin sökülməsi
  3. Layihəyə uyğun olaraq arakəsmə divarların tikilməsi
  4. Səs izolyasiya işləri ( sifarişçinin istəyinə uyğun olaraq divar, tavan və döşəmənin səsə qarşı izolyasiyası )
  5. Balkon və fasad divarların istilik izolyasiyası (döşəmə, tavan, divar )
  6. Balkonların hidroizolyasiyası
2 Mərhələ
  1. Elektrik quraşdırma işləri 1-ci mərhələ (elektrik , rabitə və TV kabellərinin çəkilişi, layihəyə uyğun olaraq spot, şəkilüsütü işıq, bra yerlərinin təyini və kabelləşmə işləri, mətbəx mebeli layihəsinə uyğun olaraq kabelləşmə işləri,)
  2. Santexnika işləri 1-ci mərhələ (isti\soyuq su və çirkab su xətlərinin çəkilişi, su qızdırıcı avadanlığın quraşdırılması və qaz xəttinin verilməsi, kollektor, su filtri və təzyiq tənzimləyicilərinin quraşdırılması, divariçi mexanizmlərin quraşdırılması mətbəx mebeli layihəsinə uyğun olaraq isti\soyuq su, çirkab su və qaz xəttinin çəkilişi )



3 Mərhələ
  1. Suvax işləri – divar, tavan və künclərin suvanması
  2. Otaqların tavanına alçıpan konstruksiyanın yığılması
  3. Otaqların tavanlarında layihəyə uyğun olaraq spot və lüstur yerlərinin açılması
  4. Döşəmə işləri 1-ci mərhələ ( döşəməyə dik vurulması və ya layihəyə uyğun olaraq beton səthin vurulması )
4 Mərhələ
  1. Elektrik quraşdırma işləri 2-ci mərhələ ( elektrik panellərinin quraşdırılması, aşağı gərginlikli avtomatların quraşdırılması)
  2. Vanna otağı və sanitar qovşağında hidroizolyasiya işləri
  3. Santexnika işləri 2 mərhələ (vanna otağı və sanitar qovşağı döşəməsində istilik xəttinin cəkilişi )
  4. Beton şap işləri (vanna otağı və sanitar qovşağında metlax altı beton səthin vurulması və maye tərkibli hidroizolyasiyası)
  5. Boya və alçı işləri 1 mərhələ (divarların gips və alçı ilə düzəldilməsi)
  6. Kafel\ metlax işləri (vanna otağı və sanitar qovşağında keramik plitənin vurulması, dərz dolğu işləri)
  7. Vanna otağı və sanitar qovşağının tavanına seçilmiş materialın vurulması (dartmatavan, lambir, aliminium asmatavan və s.)
  8. Vanna otağı və sanitar qovşağının tavanına spot vurulması
5 Mərhələ
  1. Mətbəx mebelinin quraşdırılması
  2. Mətbəx avadanlıqlarının quraşdırılması
  3. Santexnika işləri 3-cü mərhələ (vanna otağı və sanitar qovşağında avadanlıqların quraşdırılması və aksessuarların yerləşdirilməsi)
  4. Boya və alçı işləri 2- ci mərhələ (tavanların binderlə yuyulub boyanması, divarların binderlə yuyulub boya və ya divar kağızı vurulması)
  5. Döşəmə işləri 2- ci mərhələ (parket, laminat, kavrolit və s.)
  6. Plintusların vurulması
6 Mərhələ
  1. Elektrik quraşdırma işləri 3-cü mərhələ (elektrik açarı, lüstur, bra və s. quraşdırılması)
  2. Qapıların quraşdırılması
  3. Təmizlik işləri 1-ci mərhələ
  4. Mebellərin quraşdırılması
  5. Pərdə və jalüzlərin quraşdırılması
  6. Təmizlik işləri 2-ci mərhələ