Memarlıq-inşaat bölməsinə (memarlıq və konstruksiya) məkanın layihələndirilməsi üçün ümumi texniki məlumatlar, mərtəbələr üzrə plan, fasadların tipləri, kəsiklər və bölümlər, təməlinin planı, dam örtüyünün planı, dam örtüyü sisteminin konstruksiyası, arakəsmə konstruksiyalar, baca havalandırma kanalları, mərtəbənin planı, əsas hissələr və komponentlər, inşaat materiallarının spesifikasiyası (dəqiq sayı göstərilməklə tələb olunan tikinti materiallarının siyahısı) və digərləri daxildir.
Münasib qiymət
Peşəkar memar və konstruktorlar
Dəqiq hesabat
Texniki dəstək və Layihəyə nəzarət
Vacib qeyd: Layihənin vizualizasiyası sifarişçi tərəfindən təsdiqlənən plan, eləcə də mebelin yerləşmə planı və razılaşdırılan üslub seçiminə görə həyata keçirilir.
Əgər vizualizasiya mərhələsində mebelin yerləşməsini, və ya planı, eləcə də üslubu dəyişməyi və bununla da əlavə vizualizasiya əldə etməyi qərara alırsınızsa, o zaman bu cari qiymətə uyğun olaraq ayrılıqda ödənilir.
*Bütün planlar əlavələri və dəqiq ölçüləri ilə dizayner tərəfindən çap olunmuş formada sifarişçiyə təqdim edilir.
Müqaviləyə əsasən tərəflər digər informasiya daşıyıcılarından da istifadə edə bilərlər.