İnteryer dizayn

İnteryerin düşünülmüş dizayn-layihəsi yüksək keyfiyyətdə həyata keçirilən bəzək tamamlama işlərinin zəmanətidir!
Təminat 100 %
Layihə tapşırıq
Kollaj
3D görüntü
Mövcud materiallar
Dizayn layihə paketi
Müəllif nəzarəti

Biz söz vermirik – Biz zəmanət veririk!

“ADDA project” şirkəti beynəlxalq standartlara ciddi şəkildə riayət edərək, Bakı şəhərində və bütün regionda mənzillərin dizayn və təmir işlərini həyata keçirir.

Şirkət hər bir müştəriyə fərdi yanaşır, sərfəli qiymət təklif edir, bütün görülən işlərə yazılı zəmanət verir.

Nə üçün biz

Münasib qiymət

Təcrübəli dizaynerlər

Keyfiyyətli vizualizasiya

Texniki dəstək

Mənzilinizi peşəkarlara etibar edin!

Biz təklif edirik – Siz seçin

Eskiz dizayn layihə
Tam dizayn layihə

Biz necə edirik ?

1 Mərhələ - Görüş və sifarişin müzakirəsi
  1. Görüş – Sizinlə ofisdə, obyektdə və ya sizə daha münasib olan bir məkanda görüşə bilərik.
  2. Müqavilə və ödəniş – Görüşün nəticəsindən asılı olaraq, razılaşdırılmış .ərtlər əsasında müqavilə sənədləri hazırlanır. İlkin hazırlıq mərhələsinə müqavilə üzrə razılaşdırılmış məbləğin 50 % - i ödənildikdən sonra start verilir.
  3. İstək və tələblər – Görüş zamanı layihə tapşırıq vərəqinin hazırlanması üçün layihə müəllifi olacaq dizayner istək və arzularınızı sizinlə müzakirə edir və qeydlərini aparır.
2 Məərhələ - Məkanın ölçülməsi və planlaşdırma həlli
  1. Məkanın ölçülməsi – Mütəxəssis layihələndiriləcək məkanı ölçür və vacib texniki xüsusiyyətləri qeyd edir.
  2. Planlar – Razılaşdırılmış tapşırıq əsasında hazırlanmış məkanın zonalaşma və mebel planları 2 variantda sizə təqdim edilir.
  3. Layihə tapşırıq – Dizayner tərəfindən sizin istək və arzularınız əsasında hazırlanmış layihə tapşırıq vərəqi siz təstiqlədikdən sonra müqaviləyə əlavə olaraq tikilir. Layihə tapşırıq əsasında hazırlanmış kollaj sizinlə müzakirə edilir.
3 Mərhələ - 3D vizualizasiya
  1. Kollaj – Məkanın üslubu, rəng seçimi və modelləşmə işləri təstiq olunmuş kollaj əsasında həyata keçirilir.
  2. Material seçimi – Bu mərhələ 2 variantda həyata keçirilə bilər: Dizayner üsluba uyğun olaraq kataloq üzrə təklif hazırlaya bilər və yaxud da sizin tərəfinizdən seçilmiş materiallar dizaynerlə müzakirə oluna bilər.
  3. Fotorealistik görüntülər – Seçim mərhələsi və layihə üçün xüsusi əhəmiyyət daşıyan bütün məsələlər sifarişçi ilə müzakirə edildikdən sonra dizayner məkanın fotorealistik görüntülərini ( 3D vizualizasiya ) hazırlayır. Görüntülər hər otaq üçün 4 rakus olmaqla hazırlanır.
4 Mərhələ - İşçi layihənin hazırlanması
  1. Texniki çertyojlar – Bu mərhələdə bütün texniki çertyoj və sxemlər təstiq olunmuş layihə tapşırıq və fotorealistik görüntülər əsasında hazırlanır.

Vacib qeyd: Layihənin vizualizasiyası sifarişçi tərəfindən təsdiqlənən plan, eləcə də mebelin yerləşmə planı və razılaşdırılan üslub seçiminə görə həyata keçirilir.
Əgər vizualizasiya mərhələsində mebelin yerləşməsini, və ya planı, eləcə də üslubu dəyişməyi və bununla da əlavə vizualizasiya əldə etməyi qərara alırsınızsa, o zaman bu cari qiymətə uyğun olaraq ayrılıqda ödənilir.

*Bütün planlar əlavələri və dəqiq ölçüləri ilə dizayner tərəfindən çap olunmuş formada sifarişçiyə təqdim edilir.

Müqaviləyə əsasən tərəflər digər informasiya daşıyıcılarından da istifadə edə bilərlər.

+994 (50) 398-5000