Sual Cavab

• Dizayn –layihə necə qiymətləndirilir?

Dizayn  –  layihənin  dəyəri  dizayn üslubu, layihə tapşırıq və tələb olunan işçi layihələrin  tərkibinə görə qiymətləndirilir. Adətən dizayn – layihə üç tərkibindən ibarət olur: işçi çertyojlar, bəzək materiallarının seçimi və interyerin üç ölçülü görüntüsü.

• Qiymət dizayn işləri prosesində dəyişilə bilərmi?

Layihələndirən ərazinin sahəsi  dizayner  tərəfindən ölçülər alındıqdan sonra müqavilədə göstərilən real ərazinin sahəsinə  nisbətdə dəyişildiyi halda layihənin dəyərinə yenidən baxılır.

• Layihənin hazır olmasının real müddəti nə qədərdir?

Dizayn – layihənin təhvil müddəti  sifarişçinin operativliyindən , daha dogrusu, sifarişçinin dizaynerin suallarına nə dərəcədə tez cavab verməsindən , təqdim olunan planları və şəkilləri razılaşdırmasından asılıdır . Orta hesabla 150 kv .metrlik mənzillər üçün işçi certyojlar bir ay ərzində hazırlanır ,materialların seçimi və üç ölçülü görüntünün hazırlanması isə daha iki – üç həftə ərzində yerinə yetirilir.

• Hər hansı güzəşt mövcuddurmu ?

Sifariş olunan layihənin həcmi artdıqca və ya layihənin tikinti – təmir işləri şirkətə verildiyi halda dizayn – layihə qiymətlərinə xüsusi endirimlər və ya güzəştlər  tətbiq olunur.

• Ödəniş qaydası necədir?

Müqavilə bağlanan zaman sifarişçi  razılaşdırılmış məbləğin 50 % - ini avans olaraq ödəyir.Qalan məbləğ mərhələli olaraq sifarişçi tərəfindən növbəti çertyoj ,plan və ya şəkil təsdiq olunduqdan sonra ödənilir.

• Ödəniş necə həyata keçirilir ? Nağd və ya nağdsız ödənişlə?

Ödənişləri nağd şəkildə şirkət ofisində və ya şirkətin bank hesabına köçürməklə həyata keçirmək   mümkündür.

• Nəzərdə tutulmuş büdcə daxilində dizayn – layihə hazırlamaq mümkündürmü ?

Əlbəttə  ,müqavilə imzalanan zaman dərhal göstərmək olar ki ,işlərin görülməsi hansı məbləğ çərçivəsində aparılmalıdır ki ,interyer vəsait çatmayacaq dərəcədə layihələndirilməsin .

• Üslub seçimində çətinlik çəkirəm. Necə kömək edə bilərsiniz ?

Dizayner sizə müxtəlif üslublarda hazırlanmış interyer – dizayn layihələrdən çoxlu sayda         görüntülər təqdim edir. Sizin bu görüntülərdə olan bəyəndiyiniz elementləri və fraqmentləri qeydə alır. Bu elementlərdən hazırlanmış kollaj sizin mənzilinizin üslub həllinin tapılması üçün əsas olacaqdır.

+994 (50) 398-5000