Dekorasiya işləri

İnteryerin dekorasiyası, vaxt baxımından sonuncu həyata keçirilən, lakin əhəmiyyətli sayılan dizayn mərhələsidir.
Təminat 100 %
Tekstil seçimi:
Pərdə, süfrə, mebel üçün üzlük, drapirovka, yataq dəstləri seçimi;
Xalça və kilimlərin seçimi
Şəkil, rəsm, divar qrafikası və posterlərin seçimi;
Fərqli otaqlar üçün aksesuar seçimi;
Qab-qacaq, yemək servizi, çəngəl-bıçaq dəstlərinin seçimi;
Fitodizayn;

Biz söz vermirik – Biz zəmanət veririk!

İnteryerin dekorasiyası, vaxt baxımından sonuncu həyata keçirilən, lakin əhəmiyyətli sayılan dizayn mərhələsidir. Əgər dekorasiya prinsipləri pozulmuş olarsa, özlüyündə gözəl olan elementlər nəinki maraq yaradacaq, hətta interyerdə ümumi ahəngi də pozmuş olacaqdır. Psixoloji olaraq rahat olan interyerlərdə bütün detallar və onların yerləşməsi təbii, eləcə də orqanik olaraq otağın dizaynı ilə əlaqəli və digər elementlərlə də gözəl uyğunlaşmış formada görünür. Ustalıqla düşünülmüş dekor interyeri eleqant və zövqlü bir məkana çevirmək imkanı yaradır.

Biz necə edirik ?

Qayda 1. Dekorasiya elementlərinin balanslaşdırılması

Ayrı-ayrı elementlər arasında balans olmadan interyerdəki harmoniya mümkünsüzdür. Bu elementlərin ölçüsü, otaq daxilindəki ideal yerləşmələri təyin edilərkən nəzərə alınmalıdır. Bir neçə istiqamətdə balansın yaradılması mümkündür:.

1. Mebelin ölçüsünü otağın sahəsi ilə uyğunlaşdırmaq.
Kiçik otaqlarda iri qabaritli mebellərdən istifadə etməyə dəyməz. Belə ki, onlar vizual olaraq otağın ölçüsünü daha da kiçildirlər. Geniş otaqlarda da kiçik mebel elementlərindən istifadə etmək məsləhət görülmür. Bu halda onlar sadəcə olaraq gözdən itirlər.

2. Mebelin yeləşdirilməsi zamanı “yelləncək” prinsipindən istifadə etmək.
Otaqlarda yerləşdirilən mebellər eyni ölçüdə olmurlar. Hündür şkaflar alçaq çarpayı ilə, geniş divanlar çox da böyük olmayan puflarla , böyük kitab rəfləri eleqant mini barlarla, ikimərtəbəli uşaq çarpayıları alçaq oyun masaları ilə yan-yana durur. İnteryerin harmonik dekorasiyasına nail olmaq üçün iri və xırda predmetləri əvəzləmək lazımdır ki, “yelləncək” prinsipinə əsasən baxışlar mebel boyunca yuxarıdan aşağıya doğru istiqamətlənsin. Əgər bu prinsip pozularsa otaq səliqəsiz görünəcək.

3. Mebeli otaqda düzgün yerləşdirmək
Ev sahiblərinin böyük mebelləri divar boyunca, kiçik predmetləri isə otağın mərkəzində yerləşdirməklə yol verdikləri səhvə tez-tez rast gəlmək olar. Mərkəzdə yerləşən xırda əşyalar qarışıqlıq təssüratı yaratdığından vizual olaraq bu cür otaqlar səliqəsiz görünür. Yataq otağının mərkəzi hissəsində çarpayını, iş otağının mərkəzində iş masasını, qonaq otağında isə böyük divanı, eləcə də divar boyunca kiçik masa, şkaf və bu kimi digər predmetləri yerləşdirməyə cəhd edin. Görəcəksiniz ki otaqlar daha da rahat olacaq.

Qayda 2. Dekorasiya işlərində təzadlı birləşmələr

Təzadlı rəng seçimi interyeri daha da canlandırır. Rəng çalarlarının düzgün seçimi interyerin dekorasiyasına eksklüziv xarakter qata bilər, eləcə də otağa orijinal görünüş bəxş edə bilir. Lakin interyer layihədə həddindən artıq təzadlı elementlərdən istifadə etmək də olmaz. Əks halda səliqəsizlik təəssüratı yaradan və heç də xoş olmayan bir nəticə ilə qarşılaşmaq olar.

Təzadlı element olaraq, tekstildən başlayaraq otaqlar arası qapıların panelləri və kitab rəflərinə kimi interyerin istənilən detalından istifadə etmək olar. Təzad sərt və ya yumşaq ola bilər. Optimal seçim etmək üçün dizayner rəng dairəsindən də istifadə edə bilər. Əgər sizin interyerdə bir dominant rəng əks olunubsa, o zaman yaxşı olar ki, təzad olaraq əks rəng çalarından istifadə edilsin. Əgər rəng spektri iki və ya üç rəng çalarından ibarətdirsə, üçbucaq və ya dördbucaq prinsipindən istifadə edərək təzad rəngi tapmaq lazımdır. İnteryerdə ritm yaratmaq üçün təzad elementlərindən tez-tez istifadə edilir.

Qayda 3. Ritmik model

Dağınıq predmetləri bir harmonik ansamblda qovuşdurmaq üçün interyerin dekorasiya elementlərinin ritmik əvəz olunması metodundan istifadə edilir. Eyni dekorativ elementi otağın müxtəlif yerlərində təkrarlamaqla ritmik modeli yaratmaq mümkündür.

Ritmik modeli yaratmaq üçün müxtəlif metodlardan istifadə edilir: sütünların əvəzolunması, mebelin eyni predmetləri, müxtəlif dizaynlı divarlar üçün divar kağızlarından istifadə, oxşar dizaynlı vazalar, rəsm və ya interyer fotoları üçün eyni çərçivə, divan yastıqları üçün təkrarlanan dizayn və sair.

Ritmik modelin elementləri kifayət qədər diqqət cəlb edən və gözə görünən olmalıdır. Orijinal teksturalı, əlvan rəngli və kifayət qədər böyük ölçülü dekor seçməklə daha asan formada diqqəti cəlb etmək olar. Çox da böyük olmayan elementləri onların üzərinə işıq şüalarını istiqamətləndirməklə vurğulamaq mümkündür. Harmonik ritmi xaosa çevirməmək üçün istifadə edilən dekoratv elementlər böyük kəmiyyətdə olmamalıdır.

İnteryer dekorasiyası üçün mövcud qaydalara uyğun olaraq otağınızı qiymətləndirməyə çalışın. Evinizdə emosional abu-havanı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün divan yastıqlarının üzünü əvəzləmək, rəflərdə kitabları yeni düzülüşdə yerləşdirmək, şəkil üçün çərçivələri rəngləmək və ya vazanın yerini dəyişmək kifayət edəcək. Alışdığınız yerləşməni dəyişdirməyə çəkinməyin. Dekorda hətta ən sadə dəyişiklik belə evinizdəki şəraiti daha da rahatlaşdıracaq.

+994 (50) 398-5000