ADDA Project –i qurduğumuzda biz ozumuzə belə bir sual verdik. Dizayn nədir və dizayn layihələri necə olmalıdır? Zövqlü, funksional, rahatlıq və harmoniya bəxş edən? Bəlkə yadda qalan, yeganə, mükəmməl, eleqant və rahat? Yoxsa dizayn elə bir incəsənət əsəri olmalıdır ki, sanki ən əhəmiyyətsiz element belə bütün konsepsiyanı özündə ifadə edir? Layihə bu tələblərin hər birinə cavab verə bilər və verməlidir də.

Müasirlik, etibar, fərqlilik, keyfiyyət və zaman sizinlə əlaqəmizin möhkəm bağlarıdır. Bu prinsiplərə əsaslanaraq, biz sizinlə əməkdaşlıq üçün xüsusi atmosfer yaradırıq ki, burada bizim ideyalar sizin gələcək uğurunuza çevrilsin. Bu bizim missiyadır.

Fərqliliyə təkcə insan deyil, həm də onun yaratdığı mühit də malik ola bilər.

Adda ekoloji istiqamətdir – Sizin və ailənizin sağlamlığını düşünərək ekoloji cəhətdən sağlam bir məkanın layihələndirilməsinə çalışır və təbii materiallardan hazırlanan məhsullarından istifadə etməyə üstünlük veririk.

Biz dizayna sadece olaraq sənət kimi yox həyat tərzi kimi yanaşırıq. İnanırıq ki, ideyalarımız sizin və ailənizin rahatlığına və biznes uğurlarına əsas yaradacaqdır.

Məqsədimiz siz dəyərli müştərilərlə stabil əlaqələr yaradıb inkişaf etdirmək, fərqlənmək, rəqabətə davamlı, yüksək keyfiyyətli məhsul və servis imkanlarına sabib olmaqdır.