Təmir işləri

Hər bir mənzilin vaxtaşırı təmirə ehtiyacı olur: divar kağızları, döşəmə örtükləri yenilənir, tavan yeni görüntü alır. Mənzilin təmirinn bir neçə səbəbi ola bilər: ya mənzil sahibləri dəyişiklik istəyir,  ya da bundan əvvəlki təmir öz görüntüsünü itirir. Bir qayda olaraq yeni tikilidə mənzil alarkən otaqlar təmirsiz olur: divarlara suvaq vurulur, divar və tavanda elektrik bağlantısı olan yerlərdə elektrik naqilləri görünür, döşəmə isə nahamar beton .  Mənzili təmir etməkdə əsas məqsəd inşaat işində bütün çatışmazlıqların aradan qaldırılmasıdır: qeyri-bərabər görüntülü döşəmə və ya tavan, divarların düzgün bucaqlarının olmaması, eləcə də otaqların bütün səthlərini mənzilin yekun bəzək işləri üçün hazırlamaq.

 Təmir zamanı elektromontaj işləri, santexnika avadanlıqlarının quraşdırılması, divarlara, döşəməyə və tavana son bəzək örtüklərinin vurulması: divar kağızı, müxtəlif döşəmə  örtükləri, hamam və tualet otağının divarlarının kafel-metlax örtüyü ilə döşənməsi və sair bu kimi işlər həyata keçirilir. 

Mənzilin yekun bəzək işləri –incəliklər və nüanslar

Yekun bəzək işlərinin bilavasitə başlanmasından əvvəl otaqların dizaynını müəyyənləşdirmək, istifadə ediləcək materiallar haqqında düşünmək, uyğun rəngləri seçmək, hamam otağının cihazlarını layihələndirmək,  məişət cihazlarınının-paltaryuyan maşın, kompyuter, televizorun qoşulma yerini müəyyənləşdirmək və işıqlandırma qurğularının montaj yerini düşünmək lazımdır. Yadda saxlanılmalıdır ki,  görülən işlərin keyfiyyəti bilavasitə yalnız estetik görüntüdən deyil, mənzildə aparılan təmir işlərinin efektivliyini saxlamasından  və uzunömürlüyündən də asılıdır. Maksimum  effekt əldə etmək istəyirsinizsə o zaman peşəkar inşaat işçilərinə müraciət etmək lazımdır.Təmir-tikinti şirkəti “ADDA Project” 10 ildən artıqdır ki, dizayn-təmir sektorunda çalışır.  Bütün bu müddət ərzində şirkət mənzillərin, kotteclərin və ofislərin təmir və abadlıq işləri sahəsində böyük təcrübə toplamışdır.

      Təmirin kateqoriyası  tətbiq edilən tikinti materialları (keyfiyyət və dəyər) və bəzək işlərinin növündən asılıdır.  

  • İlkin olaraq alt səthlərdə  istifadə edilən təmir işləri üzrə materialların dəyəri ümumi dəyərin təxminən 30-50%-ini təşkil edir.
  • Təmir zamanı tamamlama işləri üzrə materialların dəyəri sizin seçiminizdən asılı olaraq dəyişə bilər .İlkin təmir materiallarının dəyəri ilə kompleks təmirin (təmir büdcəsi) təxmini qiyməti ortalama olaraq aşağıdakı kimi sıralanır:
  • Kosmetik təmir    hər 1m²-ə görə 220 AZN-dən  300 AZN-dək
  • Əsaslı təmir          hər 1m²-ə görə 350 AZN-dən  500 AZN-dək
  • “Avro” təmir       hər 1m²-ə görə 600 AZN-dən

Daha ətraflı məlumat üçün (012)-441-42-41 nömrəsi ilə əlaqə saxlayın.

Mənzilin daxili  tamamlama bəzək işləri– keyfiyyətə zəmanət

“ADDA project” şirkəti beynəlxalq standartlara ciddi şəkildə riayət edərək, Bakı şəhərində və bütün regionda mənzillərin dizayn və təmir işlərini həyata keçirir. Şirkət hər bir müştəriyə fərdi yanaşır,  sərfəli qiymət təklif  edir, bütün görülən işlərə yazılı zəmanət verir. Müəllif nəzarəti və peşəkar məsləhəti almaq üçün (012)-441-42-41  nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 


Yuxarı