Memarlıq

 Evin layihəsi  -  evin tikintisi üçün lazım olan  cizgilərin  və  texniki məlumatların toplusudur.  

Bu layihənin tam sənədləşməsinə memarlıq-inşaat  bölümü (memarlıq və konstruksiya-evin təməlindən dam örtüyünə  qədər onun tikintisi üçün lazım olan cizgilər və texniki məlumatlar), mühəndis texniki xidmətlər bölümü (İV-istilik və ventilyasiya, SK- su təchizatı və kanalizasiya, DE- daxili elektrik avadanlıqları) daxildir.  

       Memarlıq-inşaat  bölümünə (memarlıq və konstruksiya) evin layihəsi üzrə ümumi texniki məlumatlar,  mərtəbələr üzrə plan,  fasadların tipləri, kəsiklər və bölümlər, evin təməlinin  planı, dam örtüyünün planı,  dam örtüyü sisteminin konstruksiyası, arakəsmə konstruksiyalar, baca havalandırma kanalları,  mərtəbənin planı, əsas hissələr və komponentlər,  inşaat materiallarının spesifikasiyası (dəqiq sayı göstərilməklə tələb olunan  tikinti materiallarının siyahısı) və digərləri daxildir.

     Memarlıq layihəsinin hazırlanması  aşağıdakı mərhələlərlə  həyata keçirilə bilər:

  1. Eskiz layihəsi (Layihə öncəsi təkliflər)
  2. Layihə
  3. İşçi layihəsi (İşçi sənədləşməsi)

 

     Ümumi sahəsi 500 m²-ə qədər olan  binaların layihələndirilməsi:

  • Eskiz layihə – 1m²-i  20 AZN,  
  • Memarlıq layihəsi (ML) – 1m²-i  10 AZN
  • Konstruktiv bölmə (КB) – 1m²-i   10 AZN,
  • Mühəndislik  bölməsi (MB) – 1m²-i  10 AZN

 

Ümumi sahəsi 500 m2-dən  1500 m2-ə qədər olan binaların layihələndirilməsi.

  • Müqavilə ilə və obyektin  mürəkkəbliyindən asılı olaraq
     

Mühəndislik layihəsi  (Elektrik avadanlıqları; Su təchizatı və kanalizasiya; İstilik və ventilyasiya; Aşağı gərginlikli Elektrik sistemi) – bölmə üzrə  1m²-ə görə 10 AZN.

Müəllif nəzarəti –mütəxəssis çağıraraq  yerində baxış  keçirilməsi  150 AZN.

 

 

 

 Məkanın layihələndirilməsi sizə aşağıdakı imkanları verəcək:

İnşaat işləri üçün icazə almaq;

Mərkəzləşdirilmiş su təchizatı və elektrik şəbəkəsinə qoşulmaq üçün texniki şərt əldə etmək;

 Lazımsız tikinti materiallarına əlavə pul sərf etmədən, layihədə tələb olunan materialların spesifikasiyalarına (siyahı) uyğun olaraq tikinti materiallarını əldə etmək;

 Memarlıq və konstruksiya elementləri üzərində çox düşünməmək;

 Evin tikintisi zamanı yaranan səhvləri və onların aradan qaldırması üçün olan xərcləri tənzimləmək;

 İnşaat başa çatdıqdan sonra evi istismara vermək;

İstənilən sığorta şirkətində evin sığortalanması imkanını əldə etmək;

Evdə yaşama təhlükəsizliyindən əmin olmaq;


Yuxarı