Müəllif nəzarəti

 

Müəllif nəzarəti —dizayn-layihəyə uyğun olaraq dizayner tərəfindən obyektdə həyata keçirilən işlərin gedişatı üzrə nəzarətdir.  Müəllif nəzarəti obyektin ekspluatasiyasına təqdim edilən texnoloji, memarlıq və üslub, tikinti və digər texniki həllər və göstəricilər üzrə uyğunluğu təmin etmək məqsədi ilə həyata keçirilir. Razılaşma çərçivəsində  müəllif nəzarəti , dizayn-layihənin detallarını dəqiqləşdirmək və müvafiq şərhləri vermək üçün  obyektin mütəmadi ziyarətini (həftədə 1-3 dəfə), və eləcə də sənədləşmə ilə bağlı  Sifarişçidə yaranacaq sualların həllini özündə ehtiva edir.

Müəllif nəzarətinin ortalama qiyməti layihənin mürəkkəbliyindən, məkandan  və yaxud   hesabdan asılı olaraq   aylıq  500 AZN  və yaxud da 1m²-ə görə 5-10 AZN nəzərdə tutulmuşdur.

Sifarişçilərin müəllif nəzarətinə nə dərəcədə ehtiyacları var? Bəzi hallarda sifarişçilər bu prosesin əhəmiyyətini düzgün qiymətləndirmirlər  və özlərinin bunun öhdəsindən gələ biləcəklərini düşünürlər.  İnteryer dizayn sahəsi üzrə mütəxəssislər əmindirlər ki, inşaat tarixində elə bir layihə yoxdur ki,  icraçıların memar və dizaynerlərə hər hansısa bir sualı yaranmasın.  


Yuxarı