Straight lines apartment

Bir neçə söz
Layihə haqqında

Təqdim etdiyimiz növbəti mənzil – “Yeni Həyat” yaşayış kompleksində yerləşən,premium sinfə daxil olan,ümumilikdə 250 kvadrat metri özündə birləşdirir.Sifarişçinin,açıq tonlara rəğbətini nəzərə alan dizaynerlərimiz müasir üslubda və fərqli tərtibatda bir layihə ərsəyə gətiriblər.Dekorativ funksiya daşıyan divar panoları,orqanik şüşədən hazırlanmış və mənzilə nəfis ruh qatan elementrlərdən biridir.O cümlədən,mətbəx otağı ilə qonaq otağının bar-stendi ilə ayrılması həm praktiki,həm görüntü olaraq təqdim etdiyimiz üslubun məntiqi sonluğudur.Ənənəyə sadiq qalaraq sadə və yorucu olmayan tavan formaları,ümumi rəng ahənginin bir-birilə uyuşması,o cümlədən,mebellərin düzgün seçimi,gördüyünüz nəticənin ən vacib tərkib hissələridir.

İşimizin nəticələri


Yuxarı