Flora et la Faune

Bir neçə söz
Layihə haqqında

Art-Deko üslubunda dizaynı həlli düşünülmüş bu yataq otağı nə qədər dəbdəbəli olsa da,bir o qədər də sadə və gözoxşayandır.30 kvadrat metrdən artıq olan bu yataq otağının geniş qarderobu və füsünkar bir təbiətə açılan görüntüsü heç kimi biganə qoya bilməz.Orta yaşlı bir ailəyə məxsus bu malikanənin dizayn layihəsi ,əsasən,açıq tonlar üzərində qurulmuş,gözyorucu element və ornamentlərdən uzaq , sadə,rahat və praktik olmalı idi.”ADDA Project “ MMC-nin dizaynləri,qarşılarına qoyulmuş bu mühüm tapşırıqlara sirayət edib gördüyünüz layihəni məhz Sizlər üçün ərsəyə gətirdi.“Flore et la faune” (Flora və Fauna) adlandırdığımız bu layihə - insan və təbiət arasında olan harmoniyanın təcəssümüdür.

İşimizin nəticələri


Yuxarı