Contemporary Eco Atrium

Bir neçə söz
Layihə haqqında

Contemporary Eco Atrium qonaq otağı – adını daşıyan bu dizayn layihəsi, təsadüfdən bu cür adlandırılmamışdır.Qarşıya qoyulmuş istək və tapşırıqlara həmişə olduğu kimi son dərəcə həssas yanaşıb layihənin tamamlanmış variantını Sizlərlə bölüşmək qərarına gəldik.Eko ev dedikdə ağıla ilk olaraq nə gəlir ? Bəli,əlbəttə ki,ekoloji cəhətdən təmiz,geniş,müasir bir yaşayış zonası.Məhz elə gördüyünüz layihə də ,bu prinsip üzərində qurulmuşdur.Divarı bəzəyən fitodivar panno,hündür tavanlar,lakonik rəng çalarları layihəyə fərqlilik qatır.Həmişəki kimi individuallığımızı qorumağı da unutmadıq.Yaşayış zonasının tam mərkəzində, dördüncü mərtəbəyə qədər uzanan süni atrium isə - bağça,qış bağı, oranjereya funksiyasını daşıyır.Tam olaraq yaşıllaşdırılmış bu zona,insanı sanki ayrı bir aləmə,tamamilə fərqli auraya kökləyir.230 kvadrat metri özündə birləşdirən bu otaq iki zonadan : istirahət və nahar zonalarından ibarətdir.Lakin bu zonaları düşünüb layihələndirmək – sözdə deyilən qədər asan başa gəlmədi.Belə ki,malikanənin xanımı evin ortasında müasir bir kamin görməyi arzulayırdı.Lakin ilk baxışdan problemsiz görünən bu istək , digər bir çətinliyə gətirib çıxarırdı.Nahar zonasında TV – yə baxmaq mümkün olmurdu.Bunun üzərində düşünən komandamız unikal bir həll yolu tapdı.Mobil,hərəkətli,məsafədən idarəetmə ilə TV-ni istənilən anda 360 dərəcə döndərə biləcək bir konstruksiya düşünüldü.Bununla da gözəllik və praktilik bir arada cəmlənmiş oldu.Dəyərli izləyicilərimiz,əgər Sizin layihəyə də fərqli dizayner baxışı və praktiki həll yolları ehtiyacdırsa,Bizə müraciət edin...

İşimizin nəticələri


Yuxarı