ArchLuxe Musuem-Restaurant

Bir neçə söz
Layihə haqqında

ArchLuxe Musuem-Restaurant adını daşıyan bu restoranın adı təsadüfən seçilməmişdir.Belə ki,muzey və restoran xarakterlərini özündə bir araya gətirən bu məkan fərqlilik və eleqantlılıq simvoludur..Səkkiz metrdən artıq hündürlüyə malik olan,habelə,özündə 400 kvadrat metr ərazini birləşdirən muzey-restoranın əsas predmeti və ideyası – görünən tülün arxasındakı nəhəng heykəllər üzərində qurulmuşdur.Layihənin dizayneri bu ideyanı real həyatdan birbaşa memarlıq aləminə sinxronizə etmişdir.Əsas fəlsəfə - hər bir şeyin görünən və görünməyən tərəflərinin olmasını izləyicilərə çatdırmaqdan ibarətdir..Belə ki,məhz elə layihənin özündədə - bu nəhəng,hündürlüyü beş metrə qədər olan heykəllərin görünməsi,birbaşa günəş şüasının düşmə bucağından və onların qarşısında asılmış bəyaz tüllərin işıqkeçirmə qabiliyyətindən asılı olacaqdır.Desək ki,restoranın ən vacib və mühüm zonalarından biri – bar zonasıdır,heç də yanılmış olmarıq.Bu vacibliyi yetərincə qiymətləndirən ADDA Project komandası, adı çəkilən zonanı da diqqətdən kənar qoymamış,məkanın ümumi ruh və harmoniyasına uyğun bar zonası düşünmüşdür.Belə ki,dahi Mikalanjelonun yaratdığı Davidin heykəli barın tam mərkəzində yerləşdirilmiş və ümumi tematikanı dəstəkləmək,habelə,məkanı daha da sirli və intizarlı etmək üçün isə üzərinə tül atılmışdır.Bütün bu vəhdətin məntiqi sonluğu olaraq - art-obyekt qismində, heykəlin mərkəzində çətir asılmışdır.Beləliklə,premium sinfə daxil olan bu muzey-restoranın qonaqları, eyni anda ,həm restorandakı ləziz təamların dadından,həm də füsünkar görüntüdən həzz almaq imkanını qazanacaqlar...

İşimizin nəticələri


Yuxarı