Hello-Yellow

Bir neçə söz
Layihə haqqında

“Hello-Yellow” adını daşıyan bu mənzilin adı heç də təsadüfən belə seçilməmişdir.Tünd rəngli çalarların fonunda sarı aksentin gözə çarpmağı layihəyə xüsusi bir effekt,şarm,fərqlilik qatır.Tünd rəngli kərpiclə,suvağın tandemi,o cümlədən,çarpayı boyunca,olduqca praktik olan mebelin otağın perimetri boyunca uzanması,ev sahiblərinin istəyi və dizaynerin fikirlərinin üst-üstə düşməsinin uğurlu nəticəsidir.Daim fərqlilik və dəsti-xətti ilə şeçilən dizaynerlərimiz,bu dəfə də ənənəyə sadiq qalmağı unutmayıblar.Qarderob otağının birbaşa yataq otağından şəffaf şüşə ilə ayrılması,eleqant və nəfis mənzərə yaradır.Mənzilin Dənizkənarı Bulvarın yaxınlığında yerləşməsini nəzərə alıb böyük həcmli pəncərələrdən olan füsunkar görüntünü təsəvvür etmək Sİzlərə qalır.

İşimizin nəticələri


Yuxarı