Emerald house

Bir neçə söz
Layihə haqqında

Dənizə açılan əsrarəngiz görünüşlü bu mənzilin qonaq otağı,nə az,nə çox 100 kvadrat metri özündə birləşdirir.Eklektik (qarışıq) üslubda dizayn olunmuş bu malikanənin interyeri – fərqliliyi,qeyri-adiliyi ilə diqqəti cəlb edir.Ev sahiblərinin firuzəyi rəngə xüsusi simpatiyası olduğunu nəzərə alan dizayner,adıçəkilən rəng çalarlarını pərdələrdə və bir sıra elementlərdə istifadə etmişdir.Döşəmə örtüyünün tamamilə mərmərlə döşənməsi,habelə divarlarda tünd rəngli suvağın üstünlüyü,az öncə işarə etdiyimiz fərqliliyin bariz göstəricisidir.İlk görünüşdən bir-birinə köklü şəkildə zidd olan fabrikaların mebelləri,bir arada füsunkar bir görünüş,yeniliyə açıq olan bir zəkadan xəbər verir.

İşimizin nəticələri


Yuxarı