Black unpredictability

Bir neçə söz
Layihə haqqında

40 kvadrat metri əhatə edən bu yataq otağı,modern (müasir) üslubda layihələndirilib dizayn edilmişdir.Otağın ümumi tərzinin qara və tünd çalarladan ibarət olması,aksent olaraq açıq tonlu element və obyektlərlə kompensasiya edilib balanslaşdırılmışdır.Divar örtüyünün divarkağızından deyil, tamamilə boyadan ibarət olması,tavan isə qızılı, Venesian suvağı ilə suvanması,layihəyə qeyri-adiliklə bərabər,xüsusi dizayner dəstixəttini təzahür etdirir.Ev sahiblərinin istəyi ilə qarderob zonasına xüsusi diqqət və önəm verilmişdir.Tavana qədər uzanmış qarderob qapıları baglanarkən yataq otağı tamam ayrı bir libas geymiş kimi görsənir.Layihədə istifadə olunmuş məxmər,nabuk və s.parça örtükləri isə otağı daha da rahat və komfortlu göstərir.

İşimizin nəticələri


Yuxarı