ADDA Project – i qurduğumuzda biz özümüzə Belə bir sual verdik, Dizayn nədir və dizayn Layihələri necə olmalıdır?
Zövqlü, funksional, rahatlıq və harmoniya bəxş edən?Bəlkə yadda qalan, yeganə,mükəmməl, eleqant və rahat? Yoxsa dizayn elə bir incəsənət əsəri olmalıdır ki, sanki ən əhəmiyyətsiz element belə bütün konsepsiyanı özündə ifadə edir? Lahiyə bu tələblərin hər birinə cavab verə bilər və
verməlidir də.
Biz bu nəzəriyyə üzərində işlədik və onu daha da təkmilləşdirdik.
Dizayn hər zaman və hər bir sahədə mühüm amildir.
Biz dizayna sadəcə olaraq sənət kimi yox həyat tərzi kimi yanaşırıq. İnanırıq ki, ideyalarımız sizin və ailənizin rahatlığına və biznes uğurlarına əsas yaradacaqdır.
Öz üslubunuzu yaratmaqda Bizə güvənin !
Namiq Abdullayev
ADDA Project